Ukrayna xarici işlər naziri Dmitri Kuleba ilə AB-nin baş diplomatı Jozep Borrell arasında telefon danışığı olub.
Sabahinfo.az xəbər verir ki, bu barədə baş diplomat X hesabında paylaşım edib.
Borrell Rusiya ərazisinə zərbələr endirmək üçün istənilən məhdudiyyətin ləğvinin tərəfdarı olduğunu, bunun Ukraynanı qoruyacağına və sülh danışıqlarını yaxınlaşdıracağına inandığını bildirib.