Ermənistan öz dövlətçiliyini qurmaq yolundadır və bu işdə Avropa bizə kömək edir, Rusiya isə əngəl törədir.
Sabahinfo.az erməni KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin hakim "Mülki müqavilə" fraksiyasının deputatı Akop Aslanyan deyib.
Onun sözlərinə görə, Rusiya Ermənistanda öz hakimiyyətini bərqərar etmək, "Zəngəzur dəhlizi"ni əldə etmək və bütün məsələləri bağlamaq istəyir. Rusiya Ermənistanı müstəqil dövlət kimi görmək istəmir və Avropa onun qurulması yolunda bizə kömək edəcəyini deyir. Bütün fərq budur. Biri bizə kömək edir, digəri isə mane olur".