Rusiya FTX Kaxovkada terror aktının qarşısını aldı

Rusiya FTX Xerson vilayətinin Nova Kaxovka şəhərində terror aktının qarşısını alıb.

Sabahinfo.az rus mətbuatına istinadən xəbər verir ki, yaşayış binasının yaxınlığındakı uşaq meydançasında əldəqayırma partlayıcı qurğu aşkar edilib.

"Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları bu qanunsuz fəaliyyətlə məşğul olan şəxsləri axtarır və hadisənin bütün hallarını müəyyənləşdirirlər.Bundan əvvəl FTX Zaporojye vilayətinin administrasiyasının əməkdaşına qarşı terror aktının qarşısının alındığını elan edib", -  FTX-nın yaydığı məlumatda deyilir.