Türklər hər şeyi elə hesablayıb və planlaşdırıblar ki, Ermənistan yenidən tək qalıb.
Bunu Ermənistan müdafiə nazirinin müavini Artak Zakaryan deyib.
“2021-ci ilin avqust-sentyabr aylarında Rusiya ümumdövlət seçkisinə gedəcək və yalnız Allah bilir ki, bu dövrdə nə baş verəcək. Hadisələrin inkişafından asılı olaraq, Rusiya bir müddət öz daxili problemləri ilə məşğul ola bilər”, – deyə o bildirib.
Onun sözlərinə görə, Qərb Türkiyə-Azərbaycan tandeminin Ermənistana qarşı fəaliyyətinə mane olmamaqla Ermənistanda antirusiya dalğasını gücləndirməyə çalışacaq. O, Ermənistanı nə siyasi, nə diplomatik, nə də hərbi planda yaxşı heç nəyin gözləmədiyini bildirib.