Rusiya türk ölkələri ilə əməkdaşlığa son verir

Rusiyanın mədəniyyət naziri Vladimir Medinski rəsmi hökumət rabitəsi vasitəsi ilə ölkənin Altay, Başqırdıstan, Saxa (Yakutiya), Tatarıstan, Tıva və Xakasiya respublikalarının başçılarına TÜRKSOY-la (Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı) əməkdaşlığı dərhal kəsmələri ilə bağlı teleqram göndərib.

Sabahinfo.az-ın xarici mətbuata isinadən məlumatına görə, V.Medinski bildirib ki, Mədəniyyət Nazirliyi Türkiyə ilə əməkdaşlığı məhdudlaşdıran tədbirlərlə bağlı adıçəkilən respublikaların rəhbərlərinə məktubu hələ gündüz saatlarından göndərib.