Rusiya Federasiyasının Ukraynaya silahlı təcavüzü nəticəsində artıq 165 uşaq həlak olub, 431-dən çox uşaq yaralanıb.
Sabahinfo.az xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.
“Rusiya Federasiyasının silahlı təcavüzü nəticəsində Ukraynada 431-dən çox uşaq xəsarət alıb. Yetkinlik yaşına çatmayanların işləri üzrə prokurorların rəsmi məlumatlarına görə, 165 uşaq ölüb, 266 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb”, - deyə bildirilib.
Bildirilir ki, ən çox Kiyevdə - 77, Donetskdə - 78, Xarkovda - 61, Çerniqovda - 49, Nikolayda - 35, Luqanskda - 31, Zaporojyada - 22, Xersonda - 29, paytaxtda - 16, Sumidə - 16 uşaq zərər çəkib.