Rusiya ordusu Ukraynada 459 uşağı öldürüb, 916 uşağı isə yaralayıb.
Sabahinfo.az xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.
“25 yanvar 2023-cü il səhər saatlarına olan məlumata görə, Rusiya Federasiyasının genişmiqyaslı silahlı təcavüzü nəticəsində Ukraynada 1375-dən çox uşaq xəsarət alıb. Hadisə nəticəsində 459 uşaq ölüb , 916-dan çoxu müxtəlif dərəcəli bədən xəsarətləri alıb”, - məlumatda deyilir.