Rusiya qoşunları Zmeiny (İlan adası - red.) adasında xüsusi əməliyyatın tapşırıqlarını yerinə yetirdilər, bununla əlaqədar olaraq, "xoşməramlı addım" olaraq, Rusiya Federasiyası Silahlı Qüvvələrinin qarnizonunun adadan çıxarılması barədə qərar qəbul edildi.
Sabahinfo.az xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-leytenant İqor Konaşenkov məlumat verib.
"Bu qərar Rusiyanın Qara dənizin şimal-qərb hissəsinə total nəzarəti altında olması səbəbindən taxıl ixracının mümkünsüzlüyünə istinad edərək, Kiyevə yaxınlaşan ərzaq böhranı mövzusunda spekulyasiya etməyə imkan verməyəcək", - Konaşenkov qeyd edib.
xxx
12:20
Rus ordusu Zmeynini (İlan adası - red.) tərk edib.
Sabahinfo.az xəbər verir ki, bu barədə Ukrayna "Cənub" əməliyyat komandanlığı məlumat yayıb.
Bildirilib ki, Ukrayna qoşunlarının növbəti uğurlu əməliyyatından sonra ruslar qarnizonun qalıqlarını tələsik təxliyyə edib, indi yanğın və partlayışlar var: "Gecə saatlarında Zmeynı adasında raket və artilleriya bölmələrimizin atəş zərbələri ilə həyata keçirdiyi hərbi əməliyyatın növbəti uğurlu mərhələsi nəticəsində düşmən iki sürətli qayıqla qarnizonun qalıqlarını tələsik şəkildə təxliyyə edib və ehtimal ki, adanı tərk edib. İndi Zmeinı alov bürüyür, partlayış səsləri eşidilir".
Komandanlıq əlavə edib ki, əməliyyatın yekun nəticələri araşdırılır.(unikal)