Rusiya aviasiyası bu gecə Ukraynanın Sumı vilayətinin Axtırka şəhərində yaşayış məntəqələrinə ağır zərbələr endirib.
Bu barədə Sumı Regional Dövlət Administrasiyasının sədri - Sumı Vilayət Hərbi Administrasiyasının rəhbəri Dmitri Jivitski “Telegram” kanalında yazıb.
“Axtırka. Hər dəfə bu barədə danışmaq ürək yandırır. Rusiya aviasiyası martın 10-da gecə yarısı yaşayış məntəqələrini yenidən bombalayıb”, - o deyib.
Jivitskinin sözlərinə görə, atılan mərmilərin qaz kəmərlərinə düşməsi barədə məlumat var.
Daha əvvəl Rusiya qoşunlarının Axtırkada istilik elektrik stansiyasını dağıdıb, nəticədə 5 işçi həlak olub.