ABŞ rusiyalı hərbçilərin Donetsk vilayətində təslim olmaq istəyən ukraynalıları edam etmələri ilə bağlı etibarlı məlumat əldə edib.
Bu barədə ABŞ-ın beynəlxalq ədalət üzrə xüsusi nümayəndəsi Bet Van Şaak BMT-nin iclasında bəyan edib.
“Hazırda bizdə etibarlı məlumat var ki, Donetsk yaxınlığında fəaliyyət göstərən Rusiya hərbi birləşmələri təslim olmaq istəyən hərbçiləri tutmaq əvəzinə, edam ediblər”, - deyə o bildirib.
O, doğru olacağı təqdirdə bunun müharibə qanununun əsas prinsipinin (hansı ki, təslim olmuş mülki şəxsin və döyüşçünün özbaşına edam edilməsini, yaralamağı və əlil etməyi qadağan edir) pozulması adlandırıb.