Rusiyanın Ukraynadakı müharibədə itkiləri – Yenilənmiş SİYAHI + FOTO

Ukrayna Müdafiə Nazirliyi davam edən müharibədə Rusiya tərəfinin itkilərinin yenilənmiş siyahısını təqdim edib.

Bu barədə qurumun sosial şəbəkə hesabında paylaşım edilib.

Qeyd olunub ki, döyüşlərin başladığı gündən bu yana Rusiya tərəfinin şəxsi heyəti arasında itkilər 31 900 nəfərə çatıb.

Gedən döyüşlərdə Rusiya ordusunun 1409 tankı, 3450 zirehli döyüş maşını, 712  artilleriya sistemi, 222 reaktiv yaylım atəşi sistemi, 97 HHM sistemi, 212 təyyarəsi, 178 helikopteri, 2438 avtomobil texnikası, 13 gəmisi, 572 kəşfiyyat PUA-sı, 54 xüsusi texnikası, 125 qanadlı raketi məhv edilib.