Ruslar Xerson teatrının direktorunu oğurladılar

Rusiya hərbçiləri Xerson Musiqili Dram Teatrının rəhbəri, Xerson Vilayət Şurasının üzvü Aleksandr Kniqanı oğurlayıblar.

Axar.az xəbər verir ki, bu barədə Oleşki şəhərinin meri Yevgeni Rışçuk deyib.

"Günümüz bəla ilə başladı. Şəhərimizin sakini, Xerson Regional Musiqili Dram Teatrının direktoru Aleksandr Kniqa ruslar tərəfindən qaçırıldı. Onu naməlum istiqamətə apardılar. Getdikcə daha çox adam oğurlanır. Növbə mənə gəlsə, bilin ki, bütün xidmətlər işləyir, hər şey işlənib, şəhərdə panika olmayacaq", - o bildirib.