Saakaşvili Gürcüstan prezidentini dəstəklədiyini bildirdi

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili hazırkı dövlət başçısı Salome Zurabişvilini dəstəklədiyini bildirib.

Sabahinfo.az xəbər verir ki,  bu barədə Gazeta.ru nəşri məlumat yayıb.

Onun sözlərinə görə, Gürcüstanın bütün siyasi qüvvələri “Rusiya çevrilişinə” qarşı ölkə rəhbəri ilə birləşməlidir.

“Mən prezident Zurabişvilinin son günlər verdiyi bəyanatları və onun azadlıq uğrunda mübarizəyə çağırışını dəstəkləyirəm. Fikrimcə, bütün siyasi qruplar Rusiya çevrilişinə qarşı birləşməli, həmçinin prezidentlə fasiləsiz məsləhətləşmələr aparmalıdırlar. İndi köhnə inciklikləri xatırlamaq vaxtı deyil”, - Saakaşvili Facebook-da yazıb. 

Gürcüstanın eks-prezidentinin qeyd etdiyi kimi, müqavimət indiki və keçmiş prezidentlərdən tutmuş, hər bir gürcünün borcudur.