Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili “Bellingcat” nəşrinin rəhbəri Xristo Qrozevə onun zəhərlənməsini araşdırmaq xahişi ilə müraciət edib.
Bu barədə o, özünün “Facebook” səhifəsində yazıb.
Keçmiş dövlət başçısı bildirib ki, ABŞ-dakı laboratoriya və tanınmış Nyu-York toksikoloqu zəhərlənmə faktını sübut edib.
Siyasətçi həmçinin Gürcüstanın Rusiya ilə şübhəli əlaqələrinin araşdırılmasını istəyib.
Bundan əvvəl Saakaşvilinin həkimləri Gürcüstanın keçmiş prezidentinin sağalmasının demək olar ki, mümkün olmadığını bildiriblər. Onların sözlərinə görə, son vaxtlar Saakaşvili 42 kiloqram arıqlayıb, onun koqnitiv funksiyaları da pozulub və polineyropatiya müşahidə olunur. Hazırkı müalicə səmərəsizdir və Saakaşvilinin vəziyyətini daha da ağırlaşdırır. Keçmiş prezidentin səhhəti yaxşılaşmasa, o, bir neçə ay yaşaya bilər.