Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyunun 8-də Türkiyəyə səfər edəcək.
Sabahinfo.az xəbər verir ki, bu barədə Rusiya XİN bildirib.
Qeyd olunur ki, S.Lavrov işgüzar səfər çərçivəsində Ankarada türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə danışıqlar aparacaq.
Məlumata əsasən, nazirlər Ukraynadakı vəziyyətlə bağlı müzakirələr aparacaq. Bundan başqa, Moskva ilə Kiyev arasında danışıqların bərpası perspektivləri müzakirə olunacaq.