Sabah Vüqar Gülməmmədov hesabat verəcək

Sabah Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçiriləcək.

Sabahinfo.az xəbər verir ki, iclasda Azərbaycan Respublikası Hesablama Palatasının 2024-cü ildə fəaliyyəti haqqında hesabat müzakirə olunacaq.

 Hesabatı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov təqdim edəcək.