Milli Məclisin Təbii ehtiyatlar,energetika və ekologiya komitəsinin sədri hörmətli millət vəkili Sadiq Qurbanovun növbəti vətəndaş qəbulu Salyan rayonunun Çuxanlı, Piratman, Gəncəli və Qırx Çıraq kənd sakinləri ilə oldu.
Çuxanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin binasında olan görüşdə vətəndaşlarla geniş fikir mübadiləsi apararaq müraciətlərini dinləyib qeyd etdik. Bəzi müraciətləri yerindəcə aidiyyəti orqanlara ünvanlayaraq nəticəsi barədə məlumat aldıq. Digər müraciətlər isə qeydə alınaraq rəsmi qaydada aidiyyəti orqanlara ünvanlanacağı bildirildi.
Kənd sakinlərinin xoş və isti münasibətinə görə təşəkkür edirik.


