Sahibə xanımın zəngin təcrübəsi, müdrik rəhbərliyi bundan sonra da ölkəmizin inkişafına mühüm töhfələr verəcək

Milli Məclisin sədri, dəyərli dövlət xadimi Sahibə xanım Qafarovanı 70 illik yubileyi və Prezident İlham Əliyev tərəfindən "Şərəf" ordeni ilə təltif olunması münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Sabahinfo.az xəbər verir ki, bunları Milli Məclisin deputatı Mahir Süleymanlı səsləndirib. Millət vəkili qeyd edib ki, Sahibə xanımın uzun illər elm, siyasət və dövlətçilik sahələrində yorulmaz fəaliyyəti, ölkəmizin tərəqqisi naminə göstərdiyi fədakarlıq, xüsusilə də Milli Məclisin sədri kimi qanunvericilik sahəsində atdığı uğurlu addımlar, beynəlxalq əlaqələrin möhkəmləndirilməsi və dövlətimizin maraqlarının qorunmasına verdiyi töhfələr böyük əhəmiyyət daşıyır:

"4 ildən artıq müddətdə Sahibə xanım Qafarovanın rəhbərliyi altında Milli Məclisdə fəaliyyət göstərmiş biri kimi, onun yorulmaz əməyi, prinsipial mövqeyi və xalqına bağlılığının şahidi olmuşam".

Millət vəkili, "Əminəm ki, Sahibə xanımın zəngin təcrübəsi, müdrik rəhbərliyi və daim irəliyə aparan əzmi bundan sonra da ölkəmizin inkişafına mühüm töhfələr verəcək.

Bu əlamətdar gündə Sahibə xanım Qafarovaya möhkəm cansağlığı, uzun ömür, yeni nailiyyətlər arzulayıram!",-deyə vurğulayıb.