Şahin Bağırov "Eyvazlı" gömrük postundan danışdı

İşğaldan azad olunmuş Qubadlı rayonunda yerləşən "Eyvazlı" gömrük postunun fəaliyyətinin bərpası ölkələr arasındakı ticari əlaqələrdən asılıdır.

Sabahinfo.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şahin Bağırov jurnalistlərə deyib.

"Hazırda "Eyvazlı" gömrük postunda hərəkətlilik yoxdur. Gələcəkdə dövlət siyasətinə uyğun olaraq, Azərbaycanda yerləşən bütün nəzarət-buraxılış məntəqələrinin imkanlarını artırmağı planlaşdırırıq", - o deyib./trend