Azərbaycan-İran Müştərək Komissiyasının həmsədrləri - Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev ilə İranın yol və şəhərsalma naziri Mehrdad Bəzrpaş arasında telefon danışığı baş tutub.
Sabahinfo.az xəbər verir ki, telefon danışığı zamanı Şahin Mustafayev helikopter qəzası zamanı İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir-Abdullahian və digərlərinin həlak olması ilə bağlı başsağlığı verib.
Bəzrpaş Tehranda keçirilən anım mərasimində Azərbaycan nümayəndə heyətinin iştirakına görə minnətdarlığını bildirib.
Tərəflər iki ölkə prezidentlərinin “Qız Qalası” bəndində keçirilən görüşündə əldə olunan razılaşmaların həyata keçirilməsinin vacibliyini vurğulayıblar.