Salman Rüşdiyə hücum edən şəxs: “Xomeyni heyranıyam”

Salman Rüşdiyə hücum edərək bıçaq zərbələri ilə yaralayan Hadi Mətər İranın keçmiş rəhbəri Ruhullah Xomeyninin heyranı olduğunu deyib. Lakin o, Rüşdiyə hücumla bağlı Xomeyninin fitvasını rəhbər tutub-tutmadığı barədə açıqlama verməyib.  

Sabahinfo.az bizim media-ya istinadən xəbər verir ki, bu barədə məlumat Azad İran teleqram kanalında yayılıb. 
Hadi Mətər "Şeytan ayələri" kitabının yalnız bir neçə səhifəsini oxuduğunu və tvitterdə Salman Rüşdinin Şetokua İnstitutunda olacağını öyrəndikdən sonra ora getməyi qərara aldığını deyib.  

"Məncə, o, böyük insan idi. Bu haqda deyə biləcəyim tək şey budur" - deyə, Hadi Mətər bildirib.

O, Salman Rüşdini bəyənmədiyini, onun İslam və müsəlmanların inanclarına hörmətsizlik etdiyini söyləyib.  

Qeyd edək ki, 75 yaşlı Salman Rüşdi avqustun 12-də Qərbi Nyu-Yorkda çıxışa başlamazdan öncə hücuma məruz qalıb. Rüşdiyə hücum edən 25 yaşlı Hadi Mətər məhkəmədə barəsindəki ittihamları rədd edib və günahsız olduğunu deyib.  

Prokuror Hadi Mətəri ikinci dərəcəli qətl və ikinci dərəcəli hücumda ittiham edib.