Samir Vəliyev seçicilərlə görüş keçirib - FOTOLAR

Milli Məclisin deputatı Samir Vəliyev Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının inzibati binasında seçicilərlə görüş keçirib.

Görüşdə seçicilərin müraciətləri dinlənilib, qaldırılan məsələlərin bir qismi qanunvericiliyin tələblərinə müvafiq olaraq yerindəcə həllini tapıb, digərləri isə aidiyyəti qurumlara yönləndirilib.

Qeyd edək ki millət vəkili Samir Vəliyevin növbəti qəbulu 7 May tarixində keçiriləcəkdir.