Ermənistan mətbuatı prezident Armen Sarkisyanın Rusiya səfərini tənqid edib.
Azvision.az xəbər verir ki, yerli media 6 gün Rusiyada işgüzar səfərdə olan Sarkisyanın rəsmi şəxslər tərəfindən qəbul edilməməsini müəmmalı məqam kimi qiymətləndirib.
“Ermənistan prezidenti Rusiyaya səfəri zamanı hansısa bir rus məmurla görüşə bilərdi. Amma kimsə ilə görüşmədi, qarşı tərəf də ölkəmizdə hazırkı vəziyyətlə maraqlanmadı. Üstəlik, Geqarkunik və Sünik yüksəkliklərində durumun gərgin olduğu bir vaxtda prezident “Skolkovo” innovasiya mərkəzini ziyarət edərək “Yandex”in ofisində gəzdi. Ermənistana qayıtdıqdan sonra Armen Sarkisyan dünən opera müğənnisi Hasmik Qriqoryana dövlət mükafatını təqdim edib. Əslində hansısa dövlət qurumunun şöbə müdirinin gündəlik işini xatırladan bu fəaliyyətlər, 7 gündür sərhədində problem yaranmış ölkənin prezidentin "iş görüşmələri" ilə bağlı hadisələr idi”, - deyə erməni KİV-ləri yazıb.
İddia olunur ki, Armen Sarkisyan Rusiyada elə də xoş qarşılanmayıb. Hətta Rusiya rəsmiləri onunla görüşə maraqlı olmadıqlarını gizlətməyiblər. Bu səbəbdən Sarkisyan 6 günlük Rusiya səfərindən əliboş qayıdıb.