"Ermənistan müharibə zamanı Qarabağın müstəqilliyini tanımalı idi".
Azvision.az xəbər verir ki, bunu Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan yerli KİV-ə müsahibəsində deyib.
Onun sözlərinə görə, hakimiyyət Qarabağın müstəqilliyini elan etmək üçün vaxtı və diplomatik fürsəti əldən verdi.
"Müharibə zamanı İrəvanın bunu elan etmək və artıq “Artsax”a (Qarabağ-red) hər cür rəsmi kömək etmək üçün mənəvi haqqı var idi", - deyə Sarkisyan əlavə edib.
Sabiq prezident hesab edir ki, baş verən hadisələr cəhalətin və ya xəyanətin nəticəsi ola bilər: “Bunu ən yaxşı halda obyektiv istintaqın aparılması aydınlaşdıra bilər, lakin mövcud hakimiyyət dövründə bu, mümkün deyil”.