Özbəkistanın hazırkı Prezidenti Şavkat Mirziyoyev iyulun 9-da növbədənkənar prezident seçkilərində inamlı qələbə qazanıb.
Sabahinfo.az xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyası (MSK) məlumat yayıb.
Bildirilib ki, Ş. Mirziyoyev 87,05% səs toplayıb.
Qeyd edək ki, ölkə prezidenti 2021-ci il seçkilərində 80,31% səs toplamışdı.