12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsi üzrə deputat Səbinə Xasayeva Yasamal rayonunun 4 saylı sahə inzibatı ərazi dairəsinin nümayəndəliyində karantin qaydaları və sanitar-gigiyenik normalara uyğun olaraq bir qrup vətəndaşların qəbulunu keçirib.
Deputat fərdi qaydada seçiciləri qəbul etmiş, onların problemlərini dinləmişdir. Keçirilən qəbulda iştirak edən vətəndaşlardan Sevda Axundova, Faimə Qəfərova, Laləzər Ələsova, Sevda Abdullayeva, Gülbəniz Aslanova, Nəzakət Burzuyeva, Arifə Allahverdiyeva, Azər İsmayılov, Çiçək İsayeva, Təranə Əbdülova, Tamella Abbasova, Tənzilə Quliyeva, Nargilə Alxasova və Nizami Quliyev əhalinin məşğulluğu üçün yeni iş yerlərinin yaradılmasının, aztəminatlı ailələrin və Vətən müharibəsi iştirakçıları ailələrinin mənzil şəraitinin yaxşılaşdırılmasının, işsizliyə görə müavinət verilməsinin, hüquq, əhalinin sağlamlıq problemlərinin həll edilməsinin, sosial təminat və digər məsələlərin vacibliyini xüsusi ilə qeyd etmişlər.
Müvafiq qurumlara təqdim etmək məqsədilə vətəndaşların müraciətləri millət vəkili Səbinə xanım Xasayeva tərəfindən nəzarətə götürülüb.
Qəbulda Milli Məclisin deputat köməkçisi Bayram Məmmədov, Yasamal rayon icra hakimiyyəti başçısının 4 saylı sahə inzibatı ərazi dairəsinin nümayəndəsi Fəhrad Hacıyev iştirak etmişlər.
Seçicilərlə mütəmadi olaraq görüşlərin keçirilməsi və onların qəbul edilməsi deputat Səbinə Xasayevanın əsas fəaliyyət istiqamətlərindən biridir.

