Seçicinin etimadını qazanan millət vəkili 

Azərbaycanın ictimai-siyasi həyatında mühüm rola malik olan, zəngin həyat təcrübəsi və xalqa dərin bağlılığı ilə seçilən millət vəkili Cavanşir Paşazadə bu gün doğum gününü qeyd edir.

Cavanşir müəllim illərdir ki, parlamentdə ölkəmizin inkişafı, vətəndaşlarımızın rifahı və cəmiyyətimizin tərəqqisi naminə yorulmadan çalışan, verdiyi hər bir qərarda xalqın mənafeyini əsas tutan bir dövlət xadimidir. Onun qanunvericilik sahəsindəki təşəbbüsləri, seçicilərlə qurduğu sıx və səmimi ünsiyyət, yerli problemlərin həllində göstərdiyi prinsipial mövqe daim yüksək qiymətləndirilir.

Millət vəkili kimi o, təkcə söz sahibi deyil, həm də əməl adamıdır. Onun fəaliyyətində insana qayğı, vətəndaşa xidmət və dövlətçiliyə sadiqlik başlıca dəyərlərdir. Bu səbəbdəndir ki, Cavanşir Paşazadə həm seçicilərinin, həm də onu tanıyan hər kəsin dərin hörmət və rəğbətini qazanıb.

Onun səmərəli fəaliyyət üslubu, eləcə də daim xalqla bir yerdə olmağa çalışmağı onu Azərbaycanın ictimai-siyasi simaları arasında fərqləndirir.

Bu əlamətdar gündə Cavanşir Paşazadəni doğum günü münasibətilə ürəkdən təbrik edirik! Azadmedia.az kollektivi olaraq cansağlığı, ailə səadəti, daim yüksək xalq sevgisi və gələcək fəaliyyətinizdə daha böyük nailiyyətlər arzulayırıq Cavanşir müəllimə.

Ad gününüz mübarək, hörmətli Cavanşir müəllim! Seçiciləriniz sizi sevir, sizə inanır və sizdən güc alır!