İran və ABŞ şənbə günü keçiriləcək dolayı məsləhətləşmələrdə gələcək danışıqların formasını razılaşdıra bilər.
Sabahinfo.az xəbər verir ki, bu barədə İranın Rusiyadakı səfiri Kazem Cəlali "Rossiya-24" telekanalına müsahibəsində deyib.
Səfir danışıqlarla bağlı ətraflı məlumatının olmadığını bildirib.
"Bu danışıqlarla bağlı ətraflı məlumatım yoxdur, lakin deyə bilərəm ki, bu, ilk görüş olacaq. Düşünürəm ki, onlar (İran və ABŞ-red.) əvvəlcə gələcək danışıqların formasını razılaşdıracaq, sonra isə qarşılarına vəzifələr qoyacaqlar", - o qeyd edib.