Vətən Müharibəsindən sonra dövlətimizin qarşısında duran ən mühüm sosial məsələlərdən biri şəhid ailələrinin və sağlamlığını itirmiş qəhrəman döyüşçülərimizin qayğılarının diqqət mərkəzində saxlanılması, onların sosial vəziyyətinin yaxşılaşdırılmasıdır. Şəhid ailələrinin və müharibə iştirakçılarının sosial təminatının gücləndirilməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən sosial siyasətin başlıca istiqamətlərindən biridir. Şəhid ailələri, yaralı hərbçilər və müharibə iştirakçılarına dövlətin bütün sahələrində olduğu kimi, vergi sistemində də bir sıra güzəştlər tətbiq edilir.
Azərbaycan dövləti və Ordusu 2020-ci ilin sentyabrında müharibəyə başladı və 44 gün ərzində torpaqlarımızı işğaldan azad etdi. Əsas məqsədimiz torpaqlarımızın azad edilməsi olsa da, sırf qisas almaq üçün döyüşə atılan gənclərimiz, kişilərimiz də az deyildi. Müharibəyə könüllü yazılan və döyüşə gedən gənclərimiz bildirirdilər ki, onlar Xocalıda vəhşicəsinə qətlə yetirilən günahsız insanların qisasını almaq üçün əllərinə silah alıblar. Bəzi gənclərimiz isə Birinci Qarabağ müharibəsində şəhid olmuş atasının, qardaşının, əmisinin, qohum və qonşusunun qisasını almaq üçün əlinə silah götürmüşdü.
Birinci və İkinci Qarabağ müharibələrinin şəhidlərinin qisasını biz döyüş meydanında aldıq və bununla fəxr edə bilərik. Onların qəhrəmanlığı və fədakarlığı ölçüyəgəlməzdir.. Məhz onların qanı bahasına biz torpaqları almışıq, geri qaytarmışıq. Onların qəhrəmanlığı nəticəsində bu gün bizim üçrəngli bayrağımız azad edilmiş torpaqlarda dalğalanır. Əlbəttə ki, İkinci Qarabağ müharibəsində şəhid verdiyimiz 3 minə yaxın hərbçimizin hər biri bizim üçün əzizdir, doğmadır. Əgər10 noyabrda Ermənistanı kapitulyasiya aktı imzalamağa məcbur etməsəydik, şəhidlərimizin sayı daha çıx olacaqdı.
Bu gün Azərbaycan dövləti həm işğaldan azad olunmuş ərazilərimizdə quruculuq işləri həyata keçirir, yeni kəndlər, qəsəbələr, şəhərlər salır. Rayonlarımız demək olar ki, sıfrdan qurulur. Həm də şəhid ailələri, yaralı hərbçilər və müharibə veteranlarının sosial problemlərinin həlli istiqamətində tədbirlər görür. Dövlətimizin iqtisadi gücü, artan gəlirləri, Prezident İlham Əliyevin siyasi iradəsi, milli maraqlara söykənən sosial siyasəti imkan verir ki, biz şəhid ailələrinin hər bir probleminə həssas yanaşaq, onları həll edək. Dünyanın heç bir ölkəsində Azərbaycanda olduğu qədər şəhid ailəsi, müharibə əlili və müharibə iştirakçılarına yüksək səviyyədə qayğı göstərilmir. Şəhid ailələri həm dövlətin, həm də xalqımızın onlara göstərdiyi münasibətdən, dəstəkdən razıdırlar. Milli və mənəvi dəyərləri hər şeydən uca tutan, dünya maında gözü olmayan şəhid ailələri heç vaxt maddiyat, şəxsi təminat davası aparmayıblar. Qürurlu Azərbaycan qadınları, şəhid anaları, xanımları və bacıları ləyaqət nümunəsi ortaya qoydularr. Odur ki, xalqımız və dövlətimiz öz şəhidinin adını hər şeydən uca tutur, şəhid ailələrin dərin ehtiram, hörmət bəsləyir. Şəhid ailələrimizin əsas təsəllisi onların övladlarının qisasının alınması və Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasıdır.
Ədil Ədilzadə
Yazı Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi “Şəhid ailələrinə yardım və hüquqlarının müdafiəsi” İctimai Birliyi tərəfindən icra olunan “Şəhid ailələrinə dəstək” layihəsi çərçivəsində çap olunur.