Şəntop: “Türkiyəni zəiflətmək istəyirlər”

“Türkiyə təkcə regionda yox, bütün dünyada sülh və sabitlik üçün çalışır”.

Sabahinfo.az xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şəntop İstanbul Universitetində “Balkanlar və Avropa: Ortaq keçmişdən ortaq gələcəyə” adlı konfransda çıxışı zamanı deyib.

O bildirib ki, bundan narahat olanlar var: “Ona görə Türkiyəni zəiflətmək istəyirlər. Amma bu cəhdlər əbəsdir”.

M.Şəntop xatırladıb ki, artıq regional və qlobal sistem dəyişir: “Biz indi çətin zamanlardan keçirik. Hələ də həllini gözləyən problemlər var".

TBMM sədrinin sözlərinə görə, Rusiya ilə Ukrayna arasında davam edən savaş regional geosiyasi vəziyyətə təsir edir.