Şanxay Əməkdaşlıq Təşkilatında (ŞƏT) sədrlik Qırğızıstana keçir.
Sabahinfo.az TASS-a istinadən xəbər verir ki, bu barədə Tyantszində keçirilən sammitin yekun bəyannaməsində deyilir.
Sənəddə qeyd olunub ki, Qırğızıstan sədrliyi "ŞƏT-in 25 ili: birlikdə davamlı sülhə, inkişafa və rifaha doğru" şüarı altında keçiriləcək.
"ŞƏT-in üzvü olan ölkələrin Dövlət Başçıları Şurasının növbəti iclası 2026-cı ildə Qırğız Respublikasında keçiriləcək", - sənəddə bildirilib.