Sevgilisindən yeni ayrılan Mənzurə: “Məndən artığı ilə ailə qurmayacaqlar ki” - VİDEO

Mənzurə Musayeva bir müddət əvvəl səsləndirdiyi “mənə olan evlilik təkliflərinə görə rekordlar kitabına düşərəm” fikirləri barədə danışıb.

ATV-də yayımlanan “7 Canlı” verilişinin qonağı olan müğənni evlilik təkliflərinə normal baxdığını deyib.

“Onlara elə gəlir ki, mən saf, ürəyi yumşaq insanam. Həm də məndən artığı ilə ailə qurmayacaqlar ki”, - deyə o qeyd edib.

Mənzurə bundan əvvəl verilişdə evlilik təklifi aldığı və evlənməyə hazırlaşdığı şəxslə ayrıldığını da bildirib.

Müğənni daha sonra sevdiyi qızıllardan və aldığı zinət əşyalarının qiymətlərindən danışıb:

“Ən bahalı qızılları o vaxtlar 6-10 min dollara almışam. Sonra gördüm ki, boş şeydi, hamısı mənasızdır”.

Daha ətraflı süjetdə: