Avorpa İttifaqı koronavirusla bağlı epidemik vəziyyət pisləşdiyindən birliyin xarici sərhədlərinin açılmasının tövsiyə olunduğu ölkələrin siyahısına yenidən baxmaq qərarına gəlib.
Azərbaycan da daxil olmaqla 6 ölkə siyahıdan çıxarılıb, Uruqvay isə əlavə edilib. Siyahıdan çıxarılan ölkələr Azərbaycan, Albaniya, Serbiya, Ermənistan, Bruney və Yaponiyadır.
Aİ-nin səyahət məhdudiyyətlərinin qaldırılması tövsiyə olunan dövlətlər siyahısına hazırda 13 ölkə daxildir: Avstraliya, Bosniya və Herseqovina, Kanada, İordaniya, Yeni Zelandiya, Qətər, Moldova, Səudiyyə Ərəbistanı, Sinqapur, Cənubi Koreya, Ukrayna, Uruqvay, Çin.