Siyavuş Novruzov və Sevinc Hüseynovanın deputatlığa namizədliyi irəli sürülməyəcək

VI çağırış Milli Məclisin deputatları Siyavuş Novruzov və Sevinc Hüseynova növbədənkənar parlament seçkilərində namizədliyini irəli sürə bilməyəcək.

Sabahinfo.az Report-a istinadən xəbər verir ki, buna səbəb onların adının Milli Məclisə 2024-cü il sentyabrın 1-nə təyin edilmiş növbədənkənar seçkilərlə əlaqədar Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının tərkibinə daxil edilməsidir.

Faktı partiyadakı mənbə də təsdiqləyib.