Rusiya Ordusu Mariupola nəzarət edir.
Sabahinfo.az APA-ya istinadən bildirir ki, bunu Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu bu gün keçirdiyi müşavirədə deyib.
Onun sözlərinə görə, Luqansk və Donetskdə dinc həyat bərqərar olur: "Luqansk və Donetsk Respublikalarında və millətçilərdən azad edilmiş Ukrayna ərazilərində, o cümlədən Azov dənizinin ən böyük sənaye və nəqliyyat qovşağı olan Mariupolda dinc həyat bərqərar olur. Mariupol Rusiya Ordusunun nəzarəti altındadır", - Rusiya müdafiə naziri bildirib.