“NATO-nun bütün peyk qrupları - 70-ə yaxın hərbi və 200-dən çox mülki peyk Ukraynanın maraqlarına uyğun fəaliyyət göstərir”.
Bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib.
“Bütün NATO peyk qrupları bizə qarşı işləyir - 70-dən çox hərbi və 200-dən çox mülki peyk bölmələrimizin yerini kəşf etmək üçün çalışır. Sonra isə yüksək dəqiqlikli silahlar gəlir ki, son vaxtlar onların sayı hansısa yolla gizlədilməyə çalışılır. Bu da bizi təəccübləndirir”, - deyə nazir bildirib.
Şoyqunun sözlərinə görə, bu gün Rusiya Ukraynadan daha çox Qərblə, xüsusilə də NATO ilə müharibə aparır.