Rusiyanın müdafiə naziri Sergey Şoyqu hərbi rəsmilərlə görüşdə Rusiya-Ukrayna müharibəsi ilə bağlı açıqlamalar verib.
Sabahinfo.az xəbər verir ki, o görüşdə Baxmut şəhərinin nəzarətə götürülməsi prosesinin davam etdiyini bildirib.
Ukraynada başlatdıqları “xüsusi hərbi əməliyyat”ın davam etdiyini qeyd edən Şoyqu, Rusiya ordusunun Donetsk və Kupyanskda hücumları nəticəsində Nikolayevka, Dvoriçna, Krasnaya Qora, Qryanikovka və Paraskoviyevka yaşayış məntəqələrinin nəzarətə götürüldüyünə diqqət çəkib.
Toqquşmaların Baxmut şəhərini nəzarət altına almaqda davam etdiyini bildirən Şoyqu, "Artyomosvkun (Baxmut) azad edilməsi prosesi davam edir. Bu şəhər Donbasdakı Ukrayna qüvvələri üçün əhəmiyyətli bir müdafiə nöqtəsidir", - deyib.