Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop 3 aylıq maaşını zəlzələdən zərərçəkənlərə bağışlayıb.
Sabahinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, bütün deputatları da bu addımı atmağa çağırıb
Millət vəkillərini maaşlarını AFAD-ın yardım kampaniyasına bağışlamağa çağıran M.Şəntop, baş verən zəlzələ fəlakəti ilə əlaqədar millətin hər bir nümayəndəsinin səy və fədakarlığının hər cür tərifə layiq olduğunu bildirib.