İrəvanla Bakı arasında sülh sazişi bir neçə ay ərzində imzalana bilər.
Sabahinfo.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan Tbilisi Beynəlxalq İpək Yolu Forumunun açılış mərasimində deyib.
Baş nazir bildirib ki, hazırda sənəd üzərində fəal iş aparılır: "Hökumətimiz əsas mənası Ermənistan, Türkiyə, Azərbaycan və İran arasında kommunikasiyaların inkişafı olan "Sülh yollarının kəsişməsi" layihəsini hazırlayıb və təqdim edir. Ermənistanın cənubundan və şimalından keçən avtomobil və dəmir yolları 30 ildir ki, işləmir, şərqlə qərbi birləşdirən bir çox avtomobil yolları da işləmir. Həmin rabitəçilər Xəzər dənizini Aralıq dənizinə, Fars körfəzini isə Qara dənizə birləşdirən effektiv kommunikasiyaya çevrilə bilər".
Paşinyan həmçinin təklif etdiyi "Sülh yollarının kəsişməsi"nin prinsiplərini bəndlərlə təqdim edib:
1. Magistral yollar, dəmir yolları, hava yolları, boru kəmərləri, kabellər, elektrik xətləri daxil olmaqla bütün infrastrukturlar keçdikləri ölkələrin suverenliyi və yurisdiksiyası altında fəaliyyət göstərir.
2. Hər bir ölkə öz ərazisində, öz dövlət qurumları vasitəsilə sərhəd və gömrük nəzarətini həyata keçirir, həmçinin infrastrukturun təhlükəsizliyini, o cümlədən malların, nəqliyyat vasitələrinin və insanların həmin ərazilərdən keçməsini təmin edir.
3. Mövcud infrastruktur həm beynəlxalq, həm də ölkədaxili daşımalar üçün istifadə oluna bilər.
4. Bütün ölkələr bir-birinin infrastrukturundan bərabərlik və qarşılıqlılıq prinsipi əsasında istifadə edirlər. Bununla da sərhəd və gömrük nəzarətinin müəyyən sadələşdirilməsi həyata keçirilə bilər.