Məlumat üçün bildiririk ki, Mədəniyyətin Təbliği və Sosial Təşəbbüslər İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Sürücülərin sosial məsuliyyətinin artırılması” layihəsini icra edir. Layihə çərçivəsində Sumqayıt və Bakı şəhərlərində sosial aksiya keçirilmişdir. Bu aksiyalarda yol istifadəçiləri arasında hörmət və qarşılıqlı anlayışın gücləndirilməsi üçün “yol etikası” barədə maariflənmə işi aparılıb. Sosial aksiya, Sumqayıt və Bakı şəhərində ictimai yerlərdə əhalinin sıx toplaşdığı ərazilər həyata keçirilmişdir. Aksiyanın əsas məqsədi sürücülər və piyadalar arasında qarşılıqlı anlayışın və yol mədəniyyətinin təşviqi, “yol etikası” anlayışının gündəmə gətirilməsi və gündəlik davranışlarda təhlükəsizlik mədəniyyətinin formalaşdırılmasıdır. Həmçinin məqsəd ictimai məkanda yol hərəkəti təhlükəsizliyinə dair maarifləndirmənin aparılması, yol hərəkəti qaydalarına əməl etməyin sosial və ekoloji nəticələrinin izah olunmasıdır.
Aksiyalar zamanı piyada keçidlərindən, yol üstü keçidlərdən düzgün istifadə, eyni zamanda işıqforun mahiyyətinə dair və s. fəaliyyətlər həyata keçirilmişdir. Eyni zamanda insanlara yol hərəkəti qaydaları, işıqforun mənası, piyada keçidlərindən düzgün istifadə, yol üstü keçidlər barədə suallar verilmişdir.