"Tərəqqi" Sosial-İqtisadi Araşdırmalar İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Milli ailə dəyərlərinin qorunması və gənclərin maarifləndirilməsi təşəbbüsü" layihəsi çərçivəsində Sumqayıt şəhərində tədbir keçirib.
Layihə barəsində danışan İndira Şəmsivari deyib ki, 3 aylıq layihə çərçivəsində regionlarda təlimlər keçiriləcək. Layihənin əsas məqsədi gəncləri erkən nikahın sağlamlıq və hüquqi nəticələri barədə maarifləndirməkdir. Xızı, Ağsu, Qəbələ, Şamaxı rayonlarında keçiriləcək təlimlərdə iştirakçılara erkən nikahın sosial və psixoloji təsirləri barədə məlumat veriləcək, onların hüquqları izah edillib: "Tədbirdə yerli ekspertlər, hüquqşünaslar və psixoloqlar iştirak edəcək, müxtəlif mövzularda çıxışlar ediblər. Təlimlərdə iştirakçılara gender bərabərliyi və sağlam ailə quruluşu barədə məlumat verilib. Valideynlər və təhsil işçiləri də tədbirə cəlb ediləcək, onlar da erkən nikahın zərərləri haqqında məlumatlandırılıb. Sosial və hüquqi dəstək xidmətləri təklif ediləcək, iştirakçılar sorğular verə biləcək".
İ.Şəmsivari onu da deyib ki, .Sumqayıtda keçirilən tədbirdə məqsəd layihənin nəticələri, əldə olunan nailiyyətlər və gələcək planlar müzakirə etməkdən ibarətdir. Qeyd edək ki, tədbirdə Sumqayıt Səhər İcra Hakimiyyəti şöbə müdiri Fərman Kazımov, sabiq baş həkimi, Ağsaqqallar şurası üzvü Vaqif Qəhrəmanov, Mərkəzi Mədəniyyət Evinin nümayəndəsi Kəmalə Nəbiyeva iştirak edib.