Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov, Milli Məclisin deputatı Müşfiq Məmmədli və Azərbaycan Bayrağı Ordenli Vətən Müharibəsi qazisi Zahir Həsənov Sumqayıt şəhəri birləşmiş məhəllədə partiya fəalları və sakinlərlə görüşüblər.
Sabahinfo.az xəbər verir ki, görüşdə çıxış edən YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov və Milli Məclisin deputatı Müşfiq Məmmədli Yeni Azərbaycan Partiyasının VII qurultayından sonrakı dövrdə, Partiyada aparılan islahatlar, görülən işlər, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin apardığı daxili və xarici siyasət, 44 günlük Vətən müharibəsindəki qələbə, müharibədən sonra aparılan məqsədyönlü siyasət, işğaldan azad edilmiş torpaqlarda aparılan quruculuq işləri, məcburi köçkünlərin doğma yurdlarına qayıdışı ilə bağlı məsələlərdən bəhs ediblər.
Görüşdə iştirak edən partiya fəalları və sakinlər aidiyyatı üzrə suallar və təkliflər verib, belə görüşlərin təşkil olunmasını yüksək qiymətləndiriblər.
Görüşdə bir sıra məsələlərə toxunulub, lazımi qeydlər aparılıb. Vətəndaşlar öz növbəsində çıxış edərək ölkə rəhbərinə olan rəğbətlərini bir daha vurğulayıb, keçirilən bu görüşlərin mütəmadi olmasının vacibliyini qeyd ediblər.