Suraxanıda RİH başçısının səyyar görüşləri davam edir - FOTOLAR

Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev aprelin 2-də 278 №-li tam orta məktəbdə Yeni Günəşli yaşayış sahəsinin, aprelin 9-da isə 280 №-li tam orta məktəbdə Hövsan qəsəbəsinin sakinləri ilə görüşüb.

Sabahinfo.az xəbər verir ki, görüşlərdə RİHB-nin müavinləri və şöbə müdirləri, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndə və bələdiyyə sədri, idarələrin və xidmət təşkilatlarının rəhbərləri, qəsəbə sakinləri iştirak ediblər.

Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev çıxış edərək ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan sosial-iqtisadi islahatlar barədə ətraflı məlumat verib. 
O, səyyar qəbulda iştirak edən sakinlərin müraciət, təklif və şikayətlərini dinləyib. Vətəndaşların müraciətləri əsasən küçə və məhəllədaxili yolların təmiri, bəzi yerlərdə istilik və su təchizatında yaranmış problemlərin aradan qaldırılması, sahibsiz küçə itlərinin yaratdığı narahatlıqlar, işlə təminat və digər sosial yönümlü məsələlərlə bağlı olub.

RİH başçısı Adil Əliyev məsələlərin qısa zamanda qanunamüvafiq formada həlli istiqamətində aidiyyəti xidmət sahələrinin rəhbərlərinə və məsul şəxslərə müvafiq tapşırıqlar verib. Bir sıra məsələlər isə araşdırılaraq, həll edilməsi üçün qeydiyyata alınıb.