Suraxanıda vətəndaşlarla növbəti səyyar qəbul-görüş keçirilib

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevin vətəndaşlarla növbəti səyyar görüşü martın11-də Bülbülə qəsəbəsində yerləşən 140 saylı tam orta ümumtəhsil məktəbində keçirilib.

Səyyar görüşdə RİHB-nin müavinləri, şöbə və sektor müdirləri, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndə və bələdiyyə sədri, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri və qəsəbə sakinləri iştirak ediblər.

Görüş zamanı RİH başçısı bu gün dünyada baş verən mürəkkəb siyasi proseslər haqqında danışaraq qeyd edib ki, dünyanın müxtəlif nöqtələrində müharibələrin və münaqişələrin alovlandığı bir dövrdə Azərbaycanda hökm sürən daxili sabitlik ən böyük sərvətimizdir. 
Sakinlərin sosial qayğılarını dinləyən RİH başçısı bütün problemlərin diqqət mərkəzində olduğunu və hər bir məsələnin mərhələli, sistemli şəkildə həll olunacağını vurğulayıb. 

Adil Əliyev tərəfindən vətəndaşların müraciətləri dinlənilərək qaldırılan məsələlərin həlli istiqamətində aidiyyəti qurumlara müvafiq tapşırıqlar, eləcə də, bəzi problemlərlə bağlı izahatlar verilib.