“Şuşa hər bir azərbaycanlı üçün əzizdir.....Şuşa bizim milli rəmzimizdir”

Şuşa Qarabağın tacıdır!

Şuşa şəhərinin əsasının qoyulması və Azərbaycanın dövlətçililik tarixindəki mühüm yeri, onun coğrafi mövqeyi ilə də birbaşa bağlıdır. Məhz bu mövqeyinə görə Şuşa “Qarabağın tacı” adlandırlımışdı. Şuşanın əsasının qoyulmasında müstəna xidməti olmuş Cavanşirlər sülaləsinin mənsubu, Qarabağ xanlığının qurucusu Pənahəli xan tərəfindən belə bir mövqedə istehkam xarakteli şəhərin salınması daha çox strateji olaraq düşünülmüş bir addım olmuşdu. İlkin vaxtlar “Pənahabad” adlandırlına yeni salınmış şəhər bir müddət sonra məhz Şuşa adlandırlımağa başladı. Bununla da Şuşanın Azərbaycanın ictima-siyasi həyatındakı vacib mərhələsi başladı.

Şuşa siyasi mərkəzdir!

Şuşanın Azərbaycanın ictimai və siyasi həyatındakı əhəmiyyətli rolu tarixlə sübuta yetirilib. Şuşanın gözəlliyi, füsunkarlığı, təbiəti və siyasi mərkəz rolunda olması bir çox fatehlərin diqqətini özünə cəlb etmişdir. “Şuşanı idarə edən Qarabağı idarə edər” fikiri də məhz buradan meydan gəlmişdir. Şuşada idarəetmə və dövlətçilik ənənələri mövcud olub. Azərbaycan ədəbiyyatının ən görkəmli nümyəndəsi Molla Pənah Vaqif eyni zamanda Qarabağ xanı İbrahimxəlil xan Cavanşirin baş vəziri olaraq Şuşada ictimai-siyasi xadim kimi də öz fəaliyyətini də davam etdirmişdi. M.P. Vaqif Şuşada yaranmış ədəbi mühitdəki yaradıcılığı ilə yanaşı dövlət işlərində də özünü istedadlı xadim kimi göstərmişdir. İran Şahı Ağa Məhəmməd Qacarla olan söhbəti onun nə qədər müdrik bir dövlət mənsubu olmasını göstərir. Şuşa Qarabağ xanlığının mərkəzi kimi XIX yüzillikdə bir sıra çətinliklərə sinə gəldi. Azərbaycanın siyasi cəhətdən mərkəzləşməsini özünün strateji xətti kimi müəyyən edən Qarabağ xanlığı müstəqilliyin qorunub saxlanılması naminə işğalçılara qarşı mübarizə apardı. Mübariz ruhlu Şuşa düşmənə boyun əymədi. Daim Şuşa yad baxışların, yad istəklərin, yad arzuların mərkəzində olsa da Azərbaycandan qoparıla bilmədi. Özgəninkiləşdirilə bilmədi Şuşa. Çünki, Şuşa əzəldən, tarixən, dini, mədəni və lisani olaraq Azərbaycan demək idi. Bu bağları qırmaqla Şuşanı siyasi cəhətdən müstəqil etmək olmazdı və olmadı da.

Şuşa mədəniyyət beşiyidir!

Şuşa təkcə özünün coğrafi unikallığı və siyasi mərkəz olması ilə deyil, şəhərdə dini, tarixi və mənəvi irsimizin nümunələrini özündə əks etdirməsi ilə də tarixi və mədəni əhəmiyyətə malikdir. Burada xalqımızın şairləri, musiqiçiləri, sənətkar və maarifçiləri yaşayıb yaratmış və mədəniyyətmizə öz töhfələrini vermişlər. Hələ XIX əsrdə Şuşada yaşayıb yaratmış Xan qızı “Dürri yekta” ləqəbli Xurşidbanu Natəvan tərəfindən “Məclisi-üns”ün təşkil olunması Şuşanın ədəbi-bədii mühitinin nə qədər zəngin olmasından xəbər verir. Bu məclislərdə dövrün Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndələri iştirak etmiş, poeziyamızın qızıl səhifələrinə həkk olnmuş əsərlərini dilə gətirmişlər. Bununla yanaşı, Xan qızı özünün xeyriyyəçilik fəaliyyəti nəticəsində Şuşanın abadlaşması ilə yanaşı həmn dövrdə bir sıra maarifçilərə mənəvi və maddi dayaq da olmuşdur. Şəhərdə bu günə qədər qalan bir sıra bulaqlar, tarixi binalar, karvansaralar və sənətkarlıq evləri tarixi yaddaşımızın və Xan qızının xeyriyyəçilik fəaliyyətinin bariz nümunələridi. Şuşada eyni zamanda Azərbaycan mədəniyyətinin ən görkəmli nümayəndələri yaşayaıb, yaratmışlar. Azərbaycan musiqisinin banisi hesab olunan Üzeyir Hacıbəyov da uşaqlıq illərindən məhz bu məclislərdə iştirak etmişdi. Azərbaycan musiqi tarixinə unikal əsərlər bəxş etmiş Üzeyir bəyin irsi bü gün də yeni nəsiil üçün əsl örnəkdir. Üzeyir bəylə yanaşı, Cabbar Qaryağdıoğlu, Bülbül, Xan Şuşinski, Niyazi, Rəşid Behbudov və Süleyman Ələsgərov kimi korifeylər də Şuşada yazıb, yaratmışlar. Bu şəxslərə və Azərbaycan mədəniyyətindəki yerinə görə Şuşa “Qafqazın Konservatoriyası” adlanırdı. XX əsrdə Azərbaycan musiqisinin və poeziyasının tərrənümü kimi “Vaqif poeziya günlləri” və “Xarı bülbül” festivalı da tarixən Şuşada keçirilib. Şuşa həm də tarixən sənətkarlıq mərkəzi olub. Qarabağ xanı Pənahəli xan Cavanşir Şuşanın əsasını qoyduqdan sonar buraya Şahbulaqdan və xanlığın digər kəndlərindən çoxsaylı sənətkarları, o cümlədən silah ustaları, dəmirçilər, xalçaçılar və digər ustaları dəvət edib. Onlara Şuşada işləmək üçün bütün şərait yaradılıb. Sonrakı illərdə İbrahimxəlil xan və Mehdiqulu xanın hakimiyyəti dövründə Şuşa iri sənətkarlıq və ticarət mərkəzinə, Qafqaz, Rusiya, Türkiyə, Almaniya, Böyük Britaniya və digər ölkələrdən idxal, eləcə idxal üçün iri bazaya çevrilib. XX əsrin əvvəlində Şuşada 870 emalatxana, 2 minə yaxın dükan var idi. 1830-cu ildə Şuşada 200 tacir ailəsi, 266 sənətkar yaşayırdı. 1897-ci ildə 1 416 tacir, 2 738 sənətkar qeydiyyata alınmış, sənətkarların sayı 10 dəfə, tacirlərin sayı 7,5 dəfə artmışdı. Şuşa sənətkarları şəhərin sıx məskunlaşmış məhəllələrində, xüsusən də Rasta bazar və Aşağı bazarda işləyirdi. Bəzi emalatxanalar karvansaralarda yerləşirdi. Şəhərin ən yaxşı karvansarası hesab olunan Mirsahib oğlu Məşədi Şükürün karvansarasında 30-a yaxın dükan var idi. Şuşa eyni zamanda xalçaçılıq sənətinin əsas mərkəzlərindən olub. Dünya bazarında Şuşa xalçaları “Qarabağ xalçaları” kimi tanınıb. 19-cu ərin 80-90-cı illərində Şuşada xalçaçılıq məhsulların həcmi və keyfiyyətinə görə birinci yeri tuturdu.

Əziz Şuşa sən azadsan!

Şuşa hər zaman bizə əziz olub. Daima Şuşa bizim qürurumuzun, fəxarətimizin dayaq nöqtəsi olub. Şuşa bizim qələbəmizin ümidi, mübarizəmizin qayəsi olub. Şuşa özünün gözəlliyi, ucalığı, tarixi, mədəniyyəti və yenilməzliyi ilə bizləri fəth edib. Hər bir azərbaycanlının ürəyində özünə taxt qurub Şuşa. Şerimizin rədifini, muğamımızın seygahı, laylaların şirinliyi olub Şuşa. Hətta bizdən uzaq olan illərdə belə ən acı və ən şirin yuxularımızn harayı olub Şuşa. Şuşa bizlərin ibadətgahı, səcdəgahı olub. Dövlətçilik tariximizin beşiyi, tariximizin yarandığı məkan olub Şuşa. 8 noyabr 2020-ci il tarixində isə şuşa bizim milli rəmzimiz oldu. Bizim milli həmrəyliyimizin, vəhdətimizin səbəbkarı oldu. İtirilmiş qürurumuzu, məğrurluğumuzu, mərdliyimizi və sərgərdan gəzən döyüş ruhumuzu özümüzə qaytardı Şuşa. Buna görə də Şuşa bizə əzidir, doğmadır. Şuşasız bütün işlərimiz yarımçıq qalardı, mübarizəmiz tam olmazdı, bayram və şənliyimiz sevincsiz və xürrəmsiz olardı. Artıq Şuşa bizə özümüz qədər yaxındır, azaddır. Qəlbizimin döyüntülərində, nəbzimizin atışlarında, gözümüzün işığında və dinimizin təkbirindədir Şuşa. Bü gün balacadan böyüyə Şuşa deyir, Şuşa arzulayır hamı. Bu artıq mümküdür, arzu deyil. Çünki Şuşa azaddır, Şuşa bizimdir, Şuaş yenidən qurulur və abadlaşır. Özünə qayıdır Şuşa. Cidir düzündə Qarabağ atları çapır, Aşağı və yuxarı Gövhər Ağa məscidlərində azan səslənir. Şuşada bu gün dahi Üzeyir bəyin “Korğolu üvertürasını” eşitmək mümükndür. Molla Pənah Vaqifin əyilmiş qamətinin yenidən dikəlməsini müşahidə etmək olar. Bülbülün dağıdılmış yuvası bərpa olunub bu gün. Şuşada Cıdır düzündə Xarı bülbül azad nəfəs alır, yenidən pöhrələnir. Şuşada can qoymuş şəhidlərin azad ruhu gəzir bu gün. Bütün bunlar Şuşanın nə qədər müqəddəs və əziz olmasını göstərir. İsa bulağı əvvəlki kimi yenə də gur axır, ürəkləri sərinlədir. Bu gün Şuşada vətənimizin üç rəngli bayrağı dalğalanır, himnimiz səslənir.

Bir də bilirsiniz Şuşa kimin üçün daha çox əzidir daha çox rəmzidir? Bu il 2022-ci ildə otuz yaşı tamam olan hər bir azərbaycanlı üçün. Çünki bu otuz il bizi Şuşadan ayrı salan məşəqqətli və ağır illər idi. Bu otuz ildə Şuşanı ancaq kitablarda, xəyallarda, filimlərdə və yuxularda təsəvvür edən 30 yaşlı gənc üçün Şuşanı gedib görmək daha çox qürurverici və arzuolunandır. Artıq Şuşa yeni müstəqil, qüdrətli və qalib Azərbaycanın ictimai-siyasi, mədəniyyət və incəsənət mərkəzidir.

Nərmin Hüseynzadə
Zəngilan rayon İcra Hakimiyyətinin əməkdaşı