Gündəmi zəbt edən avtomobil qəzası ilə bağlı bəzi detallar məlum olub.
Sabahinfo.az ARB TV-yə istinadən məlumat verir ki, taksi fəaliyyəti ilə məşğul olan Anar Nəcəfov metronun "Bakmil" stansiyası yaxınlığından sərnişin götürərək yüksək sürətlə hərəkət edib. O, avtomobili əvvəlcə körpünün beton dirəklərinə çırpıb, daha sonra isə prospektin əsas hissəsinə düşüb.
Məlumata əsasən, Sevda Həşimova proqram vasitəsilə taksi sifariş edib. Anar Nəcəfov isə onu götürərək nəqliyyat vasitəsini yüksək sürətlə idarə etməyə başlayıb.
Qəza zamanı xəsarət alan sərnişin Sevda Həşimova hadisə ilə bağlı bildirib:
"Avtomobilə yeni minmişdim ki, sürücü qəribə səslər çıxarmağa başladı və qəfil ayağını qaza basdı. Hələ çox getməmişdik ki, birdən-birə özümü havada hiss etdim".
Ətraflı süjetdə: