TANAP-ın təməli atıldı


Azərbaycan prezidenti İlham Əliyev, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Gürcüstan prezidenti Georgi Marqvelaşvilinin iştirakı ilə Türkiyənin Qars vilayətində 9,5 milyard dollarlıq "Trans Anadolu Təbii Qaz Boru Xətti” (TANAP) qaz kəmərinin təməlini atıb.
  Ərdoğan çıxışının əvvəlində bir protokol səhvini düzəltmək istədiyini bildirib. Azərbaycan dövlət himninin dinlənilib. Sonra çıxışa başlanılıb. Ərdoğan təməli atılan TANAP-ın Türkiyə, Azərbaycan, Gürcüstan və layihədə iştirak edən Avropa ölkələrinə xeyirli olmasını  diləyib.
 
"Biz Azərbaycanla eyni dildə danışan, ortaq bir tarixi keçmişi paylaşan, yalnız sözdə deyil, əməldə də qardaşıq. Biz tək millət iki dövlətik. Bizim nəzərimizdə Qarsdakı və İqdırdakı vətəndaşımızla Naxçıvandakı eynidir. Qarabağda zülmə məruz qalan azərbaycanlı qardaşlarımızın ağrısını Anadoludakı vətəndaşlarımız ürəyində hiss edir”, - Ərdoğan deyib.
 
Sonra boru xəttin döşənməsinin başlanmasının işarəsi olan lenti prezidentlər birlikdə kəsiblər.