Türk Dövlətləri Təşkilatının səhiyyə nazirlərinin 4-cü iclasının Şuşa şəhərində keçirilməsi tarixi və qürurverici hadisə idi.
Sabahinfo.az xəbər verir ki, bunu Azərbaycanın səhiyyə naziri Teymur Musayev Astanada keçirilən TDT üzv dövlətlərin səhiyyə nazirlərinin 5-ci toplantısında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bunun məntiqi davamı olaraq, Şuşa şəhərində keçirilən 4-cü iclasda Türktransplant Vahid İnformasiya Sisteminin yaradılmasına dair niyyət protokolu imzalanıb.
Nazir donor və resipiyent məlumatlarının sərhədlərarası mübadiləsini nəzərdə tutan Türktransplant Niyyət Protokolunun imzalanmasında göstərilən dəstəyə görə təşəkkür edib.