AZAL-ın baş məşqçisi Tərlan Əhmədov Portuqaliyaya gedib. O, PRO kateqoriyasının tələblərinə uyğun olaraq səhər saatlarında vətəni tərk edub. T.Əhmədov Portuqaliyanın yüksək liqasında "Pasuş de Ferreyra”da təcrübə keçəcək. 43 yaşlı mütəxəssis 6 gün Pireney yarımadasında qalacaq və martın 3-də Bakıya qayıdacaq.