Tərtər şəhər Şikar Şikarov adına 5 nömrəli tam orta məktəbin məzunu doktorantura pilləsinə qəbul olub

2019-cu ildə Tərtər şəhər Şikar Şikarov adına 5 nömrəli tam orta məktəbdən məzun olan Mustafazadə Orxan İntiqam oğlu elə həmin il Türkiyə Respublikası Karatekin Universitetinin İqtisadiyyat və İdarəetmə fakültəsinin İqtisadiyyat ixtisasına qəbul olub. 3 il müddətinə bakalavr təhsilini fərqlənmə diplomu ilə başa vuran şagirdimiz 2022-ci ildə elə həmin univeristetin magistratura pilləsi üzrə təhsilini davam etdirib. 2024-cü il 3 iyul tarixində "Ekoloji Davamlılıq Araşdırması" mövzusunda dissertasiya işini uğurla müdafiə edərək məzun olub. T.C. Karatekin Universitetinə  növbəti təhsil pilləsi - doktorantura üzrə müraciət edən Orxan bu pillə üçün məqbul hesab edilib və təhsilini davam etdirəcək.